logo
Şəki şəhərinin sakinləri "Açıq mikrofon"da

Şəki şəhərinin sakinləri "Açıq mikrofon"da

Şəki şəhərinin sakinləri "Açıq mikrofon"da Şəki şəhərinin sakinləri "Açıq mikrofon"da

"Regionlarda təşkil olunan "Səyyar qəbul otağı"nın müsbət nəticəsi kimi Şəki şəhərinin 118 və 119-cu kvartallarının qazlaşdırılması istiqamətində adıçəkilən ərazilərə artıq mal-material gətirilib. Yaxın zamanda həmin ərazidə qazlaşma işlərinə başlanılacaq. Bu gün isə "Açıq mikrofon" aksiyası 120 və 121-ci kvartalların sakinlərinin ixtiyarındadır". Bunu Zaqatala RQİİ-nin rəisi aksiya zamanı çıxışında bildirib. Daha sonra sakinlər müraciətlərini ünvanlayıblar. 120 və 121-ci kvartalların sakinləri də tezliklə mavi yanacaqla təmin olunmalarını xahiş ediblər. Aksiyaya, həmçinin Şəkinin kəndlərindən də sakinlər qatılıb. Bolludərə və Qaratorpaq kəndlərindən gələnlərin də müraciətləri qazlaşdırılma ilə bağlı olub. Zaqatala RQİİ-nin rəsmiləri səslənən bütün müraciətləri qeydiyyata alıblar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media