logo
Omar Hani Kipr klubunda

Omar Hani Kipr klubunda

Omar Hani Kipr klubunda Omar Hani Kipr klubunda

"Qəbələ"dən ayrılan Omar Haninin yeni klubu müəyyənləşib.

23 yaşlı yarımmüdafiəçi karyerasını Kiprin yüksək liqa təmsilçisi  “Doksa”da (Katakopias) davam etdirəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2021-ci ilin sentyabrından “Qəbələ”də oynayan Hanı bu ay klubdan ayrılmışdı. İordaniyalı futbolçu Premyer Liqada 71 (3 qol), Azərbaycan kubokunda 10 (1 qol), avrokuboklarda 1 matçda iştirak edib. O, “Qəbələ”nin heyətində 2022-2023-cü illər mövsümündə Azərbaycan kubokunun qalibi olub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media