logo
Füzuliyə köçürülən daha bir qrup şəxsə avadanlıqlar təqim edilib

Füzuliyə köçürülən daha bir qrup şəxsə avadanlıqlar təqim edilib

Füzuliyə köçürülən daha bir qrup şəxsə avadanlıqlar təqim edilib Füzuliyə köçürülən daha bir qrup şəxsə avadanlıqlar təqim edilib

Böyük Qayıdış proqramı üzrə Füzuli şəhərinə köçürülən sakinlərin də məşğulluğuna dəstək işləri davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Füzuli rayonuna köçürülən daha bir qrup şəxsə özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar təqdim edilib.

Avadanlıqlar avtoşinlərin təmiri xidmətləri, avtoyuma xidmətləri, kişi bərbəri, kiçik dərzi sexi, qadın gözəllik salonu, dönərxana və un məmulatları istehsalı zərflərini əhatə edib.

Proqram iştirakçılarına qeyd edilən istiqamətlər üzrə öz işlərini qurmaları üçün bütün zəruri avadanlıqlar təqdim edilib.

Bununla da Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan vətəndaşlar üçün yaradılan təsərrüfatların sayı 36-ya çatıb.

Ümumilikdə indiyədək işğaldan azad olunan ərazilərə köçürülən 1315 vətəndaş aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media