logo
Sahibə Qafarova: "Fransa bu cür addımları ilə beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirir"

Sahibə Qafarova: "Fransa bu cür addımları ilə beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirir"

Sahibə Qafarova: "Fransa bu cür addımları ilə beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirir" Sahibə Qafarova: "Fransa bu cür addımları ilə beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirir"

Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 18-də Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel və Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonla görüşlərində Fransa Respublikası Senatının 2024-cü il yanvarın 17-də Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirib. Spiker, dünyada ikili standartların mövcud olduğunu deyərək, qeyd edib ki, bu gün Azərbaycanın qazandığı nailiyyətləri həzm edə bilməyən bəzi dövlətlər ölkəmizə qarşı qərəzli, ədalətsiz mövqedən çıxış edirlər. Onun sözlərinə görə, Fransanın son dövrlərdə ölkəmizə qarşı mütəmadi hal alan davranışlarında bunu aydın şəkildə görürük.

Milli Məclisin sədri Fransa Senatının sonuncu qətnaməsini ikiüzlülüyün bariz nümunəsi adlandıraraq, deyib ki, Fransa bu cür addımları ilə beynəlxalq hüququn norma və prinsiplərinə də açıq hörmətsizlik nümayiş etdirir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media