https://innews.media/uploads/news/2024-01/_innews_2d7e5c19a0a6980b3ba08f638_o.jpg
5 müraciətin ünvanlandığı “Açıq mikrofon” aksiyası bu gün Xızı rayonunda baş tutub. Mikrofon önünə çıxan Şuraabad qəsəbəsinin 3 sakini fərdi yaşayış evinin qazlaşdırılmasını istəyib. Seyfəddin Milazov öncədən ödənişli (smart-kart) tipli qaz sayğacına ödəniş zamanı üzləşdiyi problemi dilə gətirib. Giləzi qəsəbəsindən qatılan 1 nəfər isə küçə qaz xəttinin çəkilməsini xahiş edib. Görüşdə səsləndirilən hər bir problem və təklif qeydiyyata alındıqdan sonra araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin