https://innews.media/uploads/news/2024-01/_innews_e65122684c9dabae48b1eeb33_o.jpg
Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində 20 yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar “20 yanvar – Qanlı yanvar” adlı tədbir keçirilib.
Öncə faciə qurbanlarının xatirəsi anılıb. Tədbirdə geniş nitqlə çıxış edən məktəbin direktoru Xəyal Nağıyev 20 Yanvar faciəsinin tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıb. O qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Bakıda xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər törədib. Buna baxmayaraq, xalqın iradəsini sarsıtmaq və azadlıq uğrunda mübarizəsini dayandırmaq mümkün olmayıb. Nəticədə ölkəmiz tezliklə öz müstəqilliyinə qovuşub.
Tədbirdə həmçinin, məktəbin müəllimləri - Sevda Məmmədova, Cəmaləddin Zeynalov, Saləddin Əmiraslanov mövzu ətrafında çıxışlar ediblər. Tədbir şagirdlərin şeir ifaları ilə davam etdirilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin