https://innews.media/uploads/news/2024-01/_innews_97a6a4beb360c97adc5bc317a_o.jpg
50,7 min şəxsə əlillik təyin edilib, 87,7 min şəxsə reabilitasiya xidməti göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü il ərzində 50,7 min şəxsə əlillik təyin edilib.
Onlardan 25,2 mininə ilkin, 25,5 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub.
Qeyd olunan dövrdə Agentliyin reabilitasiya müəssisələrində 87,7 min şəxsə reabilitasiya xidmətləri göstərilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin