logo
250 ədəd patron aşkar edildi

250 ədəd patron aşkar edildi

250 ədəd patron aşkar edildi 250 ədəd patron aşkar edildi

Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək” gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasından İran İslam Respublikasına gedən yük nəqliyyat vasitəsi stasionar rentgen qurğusunda yoxlamaya cəlb olunub. Müşahidə monitorunda şübhəli təsvirlərin görülməsi səbəbindən yük nəqliyyat vasitəsində aparılan əsaslı yoxlama zamanı kabinin müxtəlif yerlərindən ov silahı üçün 250 ədəd patron aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media