logo
Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Yardımlıda vətəndaşları qəbul edib

Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Yardımlıda vətəndaşları qəbul edib

Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Yardımlıda vətəndaşları qəbul edib Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Yardımlıda vətəndaşları qəbul edib

2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov yanvarın 12-də Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Yardımlı rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən fermerlərə subsidiyanın verilməsi, işlə təminat, dövlət qulluğuna qəbul qaydaları, güzəştli şərtlərlə kreditin verilməsi, lizinq yolu ilə texnika əldə edilməsi, təhsil məsələləri, Əmlak Məsələləri Dövlət Xidmətinin elektron informasiya resurslarından məlumatların EKTİS-ə inteqrasiya olunması, torpaq sahəsinin təyinatının dəyişdirilməsi, artezian quyusunun qazılmasına köməklik göstərilməsi və digər məsələlərlə bağlı olub. Şöbə müdiri İlham Süleymanov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Şöbə müdiri vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media