logo
Ekspertdən TƏCİLİ ÇAĞIRIŞ: "Ölkəmizə hücumlar artmaqdadır, sahib çıxaq!"

Ekspertdən TƏCİLİ ÇAĞIRIŞ: "Ölkəmizə hücumlar artmaqdadır, sahib çıxaq!"

Ekspertdən TƏCİLİ ÇAĞIRIŞ: "Ölkəmizə hücumlar artmaqdadır, sahib çıxaq!" Ekspertdən TƏCİLİ ÇAĞIRIŞ: "Ölkəmizə hücumlar artmaqdadır, sahib çıxaq!"

“Azərbaycana qarşı inanılmaz hücumlar başlayıb”.

innews.media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin sözçüsü, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib. Onun sözlərinə görə, hətta iş o səviyyəyə gəlib çıxıb ki, ölkə rəhbəri yerli mediaya açıqlamasında bəzi detallara öz açıqlamalarında toxunub:

«Yəni bu il nə 2020-dir, nə 2021, 2022, 2023-dür. Bütün qlobal sferada dəhşətli vəziyyət əmələ gəlib. Yəqin ki, bir çoxları bu gün səngər generalı Hikmət Mirzəyevin nazir müavini təyin edilməsini indiki vəziyyətlə əlaqələndirməyə çalışırlar. Ermənistan mediasına nəzər yetirsək, Azərbaycanla bağlı planlaşdırılan zərbələrdən xəbərdar olmaq imkanlarımız olar. Üstəgəl, ölkə bu il baş verəcək bütün qlobal təhlükələri qabaqlayaraq təcili seçkilərlə vahid, güclü və ordu, xalq, prezident triadasi ilə cavab verməyə hazırlanır. Qlobal kəşfiyyat (xüsusilə erməni maliyyəsi ilə qidalanan) dağıdıcı məqsədinə nail olmaq üçün bütün dünyada etdiyi təcrübəni Azərbaycanda da işə salıb:

Xüsusi araşdırmalar göstərir ki, əsasən Daxili İşlər (polis), TƏBİB (tibb elitası), məmur elitası və media amansız formada linc altına alınmağa və təzyiq altında saxlanılmaga cəhd edilir. Şübhəsiz ki, qeyd edilən sahədə problemlər var. Adicə təcili yardım maşınları çağırışa tıxacların ucbatından gedib, çıxa bilmir.

Yəni bildiyiniz, öz əlinizlə öz qurumlarımizi gözdən salmağa, etibarsızlaşdirmaga start veriblər. Bu qurumların sıradan çıxması və ya nüfuzunu itirməsini hədəfləmək hansı nəticəni doğurar?

Ölkəyə təcili sahib çıxmaq lazımdır. Qarabağı azad etmişik deyə üzərimizə sel kimi gələn hücumlar artmaqdadır».

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media