logo
Müsahibədən keçən 52 vəkilliyə namizəd icbari təlimə buraxılıb

Müsahibədən keçən 52 vəkilliyə namizəd icbari təlimə buraxılıb

Müsahibədən keçən 52 vəkilliyə namizəd icbari təlimə buraxılıb Müsahibədən keçən 52 vəkilliyə namizəd icbari təlimə buraxılıb

Şifahi müsahibə mərhələsindən keçən 52 vəkilliyə namizəd icbari təlimə buraxılıb.

"Report" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Bildirilib ki, vəkilliyə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçən vəkilliyə namizədlərin peşə yararlılığının yoxlanılması məqsədilə 07.11.2023-09.01.2024-cü il tarixlərində ixtisas imtahanının şifahi müsahibə mərhələləri keçirilib.

Şifahi müsahibə mərhələsində 67 vəkilliyə namizəd iştirak edib.

İmtahanların nəticələrinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini alan 52 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb. Ədliyyə Akademiyasında keçirilməsi nəzərdə tutulan icbari təlimin vaxtı ilə bağlı namizədlərə əlavə məlumat veriləcəkdir.

Şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin SİYAHISI

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media