logo
"Türk humanitar elmlər ensiklopediyası" adlı 8 cildlik unikal əsər nəşr edilib

"Türk humanitar elmlər ensiklopediyası" adlı 8 cildlik unikal əsər nəşr edilib

"Türk humanitar elmlər ensiklopediyası" adlı 8 cildlik unikal əsər nəşr edilib "Türk humanitar elmlər ensiklopediyası" adlı 8 cildlik unikal əsər nəşr edilib

Cənubi Koreyanın Donqduk Qadınlar Universitetinin Avrasiya Türk Ölkələri İnstitutu tərəfindən “Türk humanitar elmlər ensiklopediyası” adlı 8 cildlik unikal əsər çap edilib.

Bu nəşr türk dünyası ölkələrinin (Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan, Altay, Xakasiya, Tuva və Saxa Respublikası (RF), həmçinin Çinin Sincan-Uyğur Muxtar Vilayəti) dili, ədəbiyyatı, tarixi, incəsənəti, coğrafiyası, folkloru və dini kimi elm sahələrini əhatə edir.

“Türk humanitar elmlər ensiklopediyası” 2018-2023-cü illərdə Koreya Milli Tədqiqat Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən fundamental elmi layihənin nəticəsi hesab olunur.

Koreya dilində hazırlanan 8 cildlik nəşr ümumi 4500 səhifədən ibarətdir və iki mindən çox anlayışın ətraflı təsvirini təqdim edir.

Ensiklopediya həm çap, həm də elektron formada sərbəst şəkildə yayılır.

“Türk Humanitar Elmlər Ensiklopediyası”nın bütün cildlərinin elektron nüsxəsini aşağıdakı linkdən ödənişsiz yükləmək olar:

Түркі гуманитарлық ғылымдар энциклопедиясы, 1-том

Түркі гуманитарлық ғылымдар энциклопедиясы, 2-том

Түркі гуманитарлық ғылымдар энциклопедиясы, 3-том

Түркі гуманитарлық ғылымдар энциклопедиясы, 4-том

Түркі гуманитарлық ғылымдар энциклопедиясы, 5-том

Түркі гуманитарлық ғылымдар энциклопедиясы, 6-том

Түркі гуманитарлық ғылымдар энциклопедиясы, 7-том

Түркі гуманитарлық ғылымдар энциклопедиясы, 8-том

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media