logo
Tütün məmulatları və pirotexniki vasitələr aşkar edilib

Tütün məmulatları və pirotexniki vasitələr aşkar edilib

Tütün məmulatları və pirotexniki vasitələr aşkar edilib Tütün məmulatları və pirotexniki vasitələr aşkar edilib

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu ərazisində fəaliyyət göstərən ticarət obyektində Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan cəmi 12210 qutu tütün məmulatları və külli miqdarda pirotexniki vasitələr aşkar olunub.

Şirvan gömrük postundan daxil olan əməliyyat məlumatı əsasında Saatlı rayonunda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakininə məxsus ticarət obyektində və yaşayış evində Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan 8034 qutu tütün məmulatı aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media