https://innews.media/uploads/news/2024-01/_innews_24d83c5c83928c9a71d1b657c_o.jpg
SOCAR-ın “Azəriqaz” İB-nin bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı”nın növbəti ünvanı Qax rayonu olub. İlin ilk aksiyasında cəmi 3 nəfər mikrofon önünə çıxsa da, ünvanlanan müraciətlərdən biri bir kəndin sakinləri adından səsləndirilib. Qum kəndinin qazlaşdırılmasını xahiş edən sakin isə Vüsal Nurməmmədov olub.
Digər 2 sakin isə nasaz qaz sayğaclarının yenisi ilə əvəzlənməsini istəyib. Zaqatala RQİİ-nin rəhbər şəxsləri müraciətlər barədə qeydiyyat apardıqdan sonra müvafiq göstərişlər veriblər.
Ən son xəbərləri səhifəmizdən də izləyin