logo
ABŞ-də uşaqlar üçün "Qəhrəman Koroğlu" kitabı dərc edilib

ABŞ-də uşaqlar üçün "Qəhrəman Koroğlu" kitabı dərc edilib

ABŞ-də uşaqlar üçün "Qəhrəman Koroğlu" kitabı dərc edilib ABŞ-də uşaqlar üçün "Qəhrəman Koroğlu" kitabı dərc edilib

ABŞ-nin Mayami şəhərində yaşayan Cənubi Azərbaycan əsilli yazıçı Dr. Dərya Hodainin Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində “Koroghlu the Hero” (“Qəhrəman Koroğlu”) nağıl kitabı çap olunub.

Azərbaycan mədəniyyətinin zənginliyinə diqqəti cəlb edən kitabın redaktoru Rebekka Klempner, rəssamı Mahsa Hasanpurdur.

Kitabın giriş hissəsində əfsanəvi qəhrəman olan Koroğlu dastanının türk regionunda geniş yayıldığı, qəhrəmanlıq və ədalət kimi dəyərləri təcəssüm etdirdiyi vurğulanıb.   

Dərya Hodai hesab edir ki, bu mədəni irsin ötürülməsi, sadəcə, seçim deyil, gələcək nəsillərin zənginləşməsi üçün zərurətdir: “Mədəni irsimizin qorunması gələcək nəsillərin bənzərsizliyi və qüruru üçün həlledici əhəmiyyət kəsb edir. Koroğlu nağılları, sadəcə, rəvayətlərdən daha artıqdır, onlar Azərbaycan xalqının mətinliyini və ruhunu təcəssüm etdirir. Bu təşəbbüsümün məqsədi ailələr üçün sevimli çığırdaşa çevrilmək, gənc oxucuların qəlbində mədəniyyətimizə sevgini alovlandırmaqdır”.

Qeyd edək ki, bundan öncə yazıçının “Cirtdanın Hellouni” (“Jirtdan’s Halloween) kitabı dərc edilib.

Təbrizdə dünyaya gələn, uzun illərdir ABŞ-də yaşayan Dərya Hodai Ana dilini öyrənib-öyrətmək arzusunu uzaq Mayamidə gerçəkləşdirib. Mədəniyyətimizi və dilimizi yaşatmaq üçün ciddi layihələr həyata keçirir. Azərbaycan nağılları əsasında animasiyalar hazırlayır, uşaqlar üçün Azərbaycan və ingilis dillərində nağıl kitabları nəşr etdirir.

Onun “Koroghlu the Hero” kitabını aşağıdakı link vasitəsilə “Amazon” satış platformasından əldə etmək mümkündür:

https://www.amazon.com/dp/1737940140/ref=cm_sw_r_as_gl_api_gl_i_CCSPN5DZAA0BQ8JSRQB3

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin