https://innews.media/uploads/news/2024-01/_innews_8d35d5ce2e48b6b1ccb7d405e_o.jpg
Xalq artisti Emin Ağalarov Bakıda “DREAM FEST” adlı yeni beynəlxalq musiqi festivalının keçiriləcəyini açıqlayıb.
Məlumata görə, müğənni bu barədə Dubayda “ZHARA FEST” musiqi festivalı zamanı bildirib.
İyulun 24-dən 28-dək keçiriləcək “DREAM FEST”də Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə və Avropadan ifaçılar səhnə alacaqlar.
Xatırladaq ki, buna qədər Emin Bakıda “ZHARA FEST” beynəlxalq musiqi festivalının təşkilatçılarından biri idi.