https://innews.media/uploads/news/2023-12/_innews_d1173e70b87f68382e2734a3f_o.jpg
“Ermənistan regionda ümumi vəziyyəti düzgün qiymətləndirə bilmədi, üçüncü ölkələrin yalan vədlərinə inandı və bu vədlər əsasında öz siyasətini inkişaf etdirmək istədi”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “AzTV”də yayımlanan “Əsas Məsələ” verilişinə müsahibəsində bildirib.
O qeyd edib ki, üçüncü qüvvələr, Ermənistanın himayədarları yeni “status-kvo” vəziyyəti yaratmağa cəhd edirdi: “İmzalanmış sənədlərdən və götürülmüş öhdəliklərdən qaçmaq cəhdləri müşahidə olunurdu. Onlar bununla ümumi vəziyyətin dəyişməsinə ümid edirdilər. Ermənistan “əlverişli vəziyyət”də təxribatlar törədərək, Azərbaycanın ərazi bütövlüyünü və süverenliyini sual altına qoymaq istəyirdi”.