logo
Gəlmə kənd sakinlərinin qaz təchizatı ilə bağlı gələn sualları "Açıq mikrofon"da

Gəlmə kənd sakinlərinin qaz təchizatı ilə bağlı gələn sualları "Açıq mikrofon"da

Gəlmə kənd sakinlərinin qaz təchizatı ilə bağlı gələn sualları "Açıq mikrofon"da Gəlmə kənd sakinlərinin qaz təchizatı ilə bağlı gələn sualları "Açıq mikrofon"da

SOCAR-ın "Azəriqaz" İB-nin "Səyyar qəbul otağı" Zərdab rayonunda təşkil olunub. Gəlmə kəndində keçirilən aksiyanı giriş sözü ilə Tərtər RQİİ-nin baş mühəndisi açıq elan etdikdən sonra mikrofon önünə sakinlər çıxıb. "Açıq mikrofon"a qatılan 30-a yaxın abonent qaz təchizatında hər hansı bir problemlə rastlaşmadıqları üçün ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər. Mikrofon önünə çıxanlardan yalnız 2 nəfər qazlaşdırılma ilə bağlı müraciətini ünvanlayıb ki, sahibkar Tərlan Abbasov obyektinin, Zeynəb Səfərəliyeva çalışdığı kitabxananın təbii qazla təchiz edilməsini istəyib. Hər iki müraciət Tərtər RQİİ-nin məsul şəxsləri tərəfindən araşdırılması üçün qeydiyyata alınıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media