logo
Yenidən qurulan Ağdamda görülən mühüm işlər - VİDEO

Yenidən qurulan Ağdamda görülən mühüm işlər - VİDEO

Yenidən qurulan Ağdamda görülən mühüm işlər - VİDEO Yenidən qurulan Ağdamda görülən mühüm işlər - VİDEO

Ağdam rayonu Azərbaycanın 6-cı meqayaşayış statusuna namizəddir.

Bu barədə AzTV-də yayımlanan “Obyektiv” ictimai-siyasi verilişində bildirilib.

Verilişdə üç il öncə işğaldan azad edilən Ağdam rayonunda görülən işlərlə bağlı son məlumatlar verilib.

Qeyd edilib ki, 2026-cı ilə qədər Ağdamda 1 şəhər, 12 kəndin tikintisinin başa çatdırılması, 42 min vətəndaşın bura köçürülməsi planlaşdırılıb.

Hazırda Ağdam şəhərində inşası davam edən 5 yaşayış kompleksində sakinlərin 70 faizdən çoxunun məskunlaşdırılacağı nəzərdə tutulub.

Bildirilib ki, Bərdə-Ağdam avtomobil yolu və Bərdə-Ağdam dəmir yolunda işlər yekunlaşmaq üzrədir, gələn il isə Ağdam-Füzuli və Ağdam-Ağcabədi avtomobil yollarının inşası başa çatdırılacaq.

Növbəti ildə Ağdam avtovağzalı
və dəmiryolu vağzalı kompleksinin inşasına başlanılacaq.

Verilişdə Ağdam Sənaye Parkında və minalanmış ərazilərdə görülən işlərlə bağlı da məlumat verilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media