https://innews.media/uploads/news/2023-12/_innews_3208175c3b1cd8fb74235ca08_o.jpg
Qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən xeyli miqdarda tütün məmulatının realizə edilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə “Şirvan” gömrük postundan daxil olmuş məlumat əsasında Şirvan şəhərində əməliyyat tədbiri keçirilib.
Tədbir zamanı iki nəfər şəxsin ticarət obyektində və yaşayış evində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış cəmi 8520 qutu müxtəlif adda tütün məmulatları aşkar edilib.
Faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq idarəsində araşdırma aparılır.
Ən son xəbərləri səhifəmizdən də izləyin