logo
Energetika naziri Şabranda vətəndaşları qəbul edəcək

Energetika naziri Şabranda vətəndaşları qəbul edəcək

Energetika naziri Şabranda vətəndaşları qəbul edəcək Energetika naziri Şabranda vətəndaşları qəbul edəcək

Energetika naziri Pərviz Şahbazov dekabrın 15-də Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan başlayaraq Şabran rayon Heydər Əliyev Mərkəzində (ünvan: Şabran şəhəri, Heydər Əliyev pr.142, AZ1700) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi,  598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Xaçmaz filialı (əlaqələndirici şəxs Famil Əliyev; əlaqə telefonları: (+99423) 325-12-38, (050) 235-17-57, elektron poçt ünvanı: office.khachmaz@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media