https://innews.media/uploads/news/2023-11/_innews_db1ad3d78f2f3723b661ce595_o.jpg
SOCAR-ın “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Daşkəsən rayonunun Quşçu kəndində təşkil olunub. Kənd camaatının aksiyada ünvanladığı müxtəlifyönümlü müraciətlərin sayı 10-dan çox olub. Abonentlərdən 3 nəfər fərdi qaz tənzimləyicisinin nasaz olmasını Birliyin rəhbər şəxslərinin diqqətinə çatdırıb. Çıxış edən 2 nəfər sakin isə qaz sayğacının yerinin dəyişdirilməsini xahiş edib. Küçə qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı isə 1 müraciət ünvanlanıb. Şəmkir RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin yerində araşdırılaraq Birliyin səlahiyyətləri çərçivəsində həllinə nail olunacağını bildiriblər.
Ən son xəbərləri səhifəmizdən də izləyin