logo
Toy olsun, bayram olsun...

Toy olsun, bayram olsun...

Toy olsun, bayram olsun... Toy olsun, bayram olsun...

Şərq xalqlarının tarixində toy çox mühüm hadisə hesab olunur. Adət-ənənələr arasında özünəməxsus yer tutur. Deyərdim ki, şərqlilər toyu böyük bir bayram hesab edirlər.

Bu gün qrupumuzda da sözün əsl mənasında bayramdır. Nərmin Abbasovanın toy günüdür. Özü demişkən "qrupun ən balacası"nın (yaşca) düyün törəni. Xoş günə qrup yoldaşları şahidlik edir. Atalar demiş, Bayraməlisiz toy olmaz, Qənbərsiz də düyün. Bu mənada bizsiz də olmazdı.

Biz Nərmin Abbasovaya sonsuz səadət, əbədi xoşbəxtlik arzulayırıq. Beş illik tədris müddətində onun tələbə yoldaşlarına məhəbbətini, dərslərə və müəllimlərinə sayğısını gördük. Ən çətin fənnin tədrisində hər dəfə öz bacarığı ilə fərqləndi. Qeyri-ixtisas fənni olan "Məntiq"dən tutmuş, "Əski Yazı"ya qədər olan və hər tələbənin çətinliklə qavramağa çalışdığı dərslərin öhtəsindən məharətlə gəldi. Onun ən üstün cəhəti dilimizin təəssübkeşi olmasındadır. Azərbaycan dilinin orfoqrafiyasını təmiz bilir. Hər dəfə də bu üstünlüyünü orta məktəb müəllimlərinin zəhmətində görür. Deyir ki, universitet müəllimlərim bildiklərimi cilaladılar.

Bilirəm, bu yazıdan sonra da səhvlərimi düzəldəcək. Yazıda norma pozuntularını tapacaq, durğu işarələrinin yerini dəqiqliklə göstərəcək. Ancaq bunu nümayişkəranə şəkildə etməyəcək. Bu da onun mədəniyyətinə işarədir.

Sonda bir məqamı da qeyd edim: bu gün qrupun kiçik qızı böyük savab qazandı. O, dərslər bitəndən sonra yenidən biz tələbələri bir araya gətirdi. Biz ona intəhasız təşəkkür, sonsuz xoşbəxtlik arzulayırıq. Qoy hər zaman xoşbəxt günlər olsun. Mahnıda deyildiyi kimi: Toy olsun, bayram olsun, həyat firavan olsun!

 

Əsgər İsmayılov

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media