logo
Çağırışaqədərki hazırlıq rəhbərləri diaqnostik qiymətləndirməyə cəlb olunub

Çağırışaqədərki hazırlıq rəhbərləri diaqnostik qiymətləndirməyə cəlb olunub

Çağırışaqədərki hazırlıq rəhbərləri diaqnostik qiymətləndirməyə cəlb olunub Çağırışaqədərki hazırlıq rəhbərləri diaqnostik qiymətləndirməyə cəlb olunub

Paytaxt məktəblərində çalışan Çağırışaqədərki hazırlıq rəhbərlərinin diaqnostik qiymətləndirilməsi keçirilib. Diaqnostik qiymətləndirmə Bakıda 3 imtahan mərkəzində (153, 158 və 263 nömrəli tam orta məktəblər) təşkil olunub.

Test imtahanlarında hər müəllimə tədris etdiyi fənnə dair 50 sual, tədris metodikası və təlim strategiyalarına dair isə 10 sual təqdim olunub. Test tapşırıqlarının cavablandırılması üçün 90 dəqiqə vaxt ayrılıb.

Qeyd edək ki, diaqnostik qiymətləndirilmənin keçirilməsində əsas məqsəd peşəkarlıq səviyyəsinin yoxlanılması və təlim ehtiyaclarının müəyyənləşdirilməsindən ibarətdir.

footer
Top