logo
Valideynlər üçün maarifləndirici bələdçi vəsait hazırlanıb

Valideynlər üçün maarifləndirici bələdçi vəsait hazırlanıb

Valideynlər üçün maarifləndirici bələdçi vəsait hazırlanıb Valideynlər üçün maarifləndirici bələdçi vəsait hazırlanıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) maliyyə dəstəyi ilə valideynlər üçün maarifləndirici vəsait hazırlanıb.

innews.media xəbər verir ki, uşaqların erkən yaş dövründən yeniyetməliyə qədərki dövrü əhatə edən bələdçi nəşrdə müxtəlif yaşlarda valideynlərin qarşılaşa biləcəkləri çətinliklərlə bağlı tövsiyələr yer alıb.

Vəsaitin giriş hissəsində cəmiyyətin sağlam şəkildə formalaşıb inkişaf etməsi məhz ailədən başlandığı bildirilir. Qeyd olunur ki, ailədə onlara öyrədilən davranış üsulları, təlim-tərbiyə metodları uşaqların inkişafını, hərəkətlərini, şəxsiyyət kimi formalaşmalarını təmin edir. Valideyn münasibəti bu inkişafı sürətləndirir, uşağın gələcək taleyinə birbaşa təsir göstərir.

Bələdçi, eyni zamanda, valideynlərə uşaqlarla münasibəti necə tənzimləməli, sağlam düşüncəli, özünə güvənən, cəmiyyətə, dövlətə yararlı şəxslərin tərbiyəsi istiqamətində tövsiyələri özündə əks etdirir.

http://www.scfwca.gov.az/store/media/NewFolder%202/Jurnal-Valideyn%20b%C9%99l%C9%99dcisi%20v5%20Yeni.pdf

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media