logo
Sayı az, əhatə dairəsi çox olan müraciətlər "Səyyar qəbul otağı"nda

Sayı az, əhatə dairəsi çox olan müraciətlər "Səyyar qəbul otağı"nda

Sayı az, əhatə dairəsi çox olan müraciətlər "Səyyar qəbul otağı"nda Sayı az, əhatə dairəsi çox olan müraciətlər "Səyyar qəbul otağı"nda

Oğuz rayonunda təşkil olunan “Səyyar qəbul otağı”nda Padar, Qarabaldır və Qumlaq kəndləri ilə yanaşı, rayonun Gənclik massivindən olan vətəndaşlar da müraciətlərini ünvanlayıblar.

Müraciət sayının 13 olmasına baxmayaraq səslənən problem və təkliflər 10-a yaxın abonenti, 30-dan çox isə sakini əhatə edib. Yəni qaz xəttinin yerinin dəyişdirilməsi, debitor borcun araşdırılması və qaz sayğacının yenisi ilə əvəzlənməsi abonentlərə aid olubsa, Gənclik massivinin qazlaşdırılması, Qumlaq və Qarabaldır kəndlərində küçə qaz xəttinin çəkilməsi mavi yanacaqla təmin olunmayan sakinləri əhatə edib. Aksiya zamanı Zaqatala RQİİ-nin rəhbər şəxsləri bildiriblər ki, ünvanlanan müraciətlər araşdırılaraq aidiyyəti üzrə yönləndiriləcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media