logo
Millət vəkili Ramin Məmmədov "Sabirabad Gənclər Evi"ndə qonaq olub

Millət vəkili Ramin Məmmədov "Sabirabad Gənclər Evi"ndə qonaq olub

Millət vəkili Ramin Məmmədov "Sabirabad Gənclər Evi"ndə qonaq olub Millət vəkili Ramin Məmmədov "Sabirabad Gənclər Evi"ndə qonaq olub

Gənclər Evinin fəaliyyət istiqamətləri ilə tanış olan Ramin Məmmədov "Gənclik üçün danış" layihəsi çərçivəsində rayon gəncləri ilə təşkil edilən görüşdə iştirak edib. Görüş zamanı millət vəkili uşaqlıq və gənclik dönəmlərinə təsadüf edən ictimai-siyasi həyatın, baş verən hadisələrin, və daha sonrakı dövrlərdə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə yaranan yenidənqurmanın və yenilənən həyatın onun bugünki şəxsiyyətinin formalaşmasına göstərdiyi təsirlərdən, öz inkişaf və həyat yolundan danışıb. Təhsil almağın və təhsilli olmağın vacibliyini vurğulayan Ramin Məmmədov gənclərə həyatlarının hər sahəsində millilik ruhunu təzahür etdirmələrini tövsiyə edib və bildirib ki vətənə verilən ən böyük fayda istənilən sahədə zəruri olan zəhməti ortaya qoymaqla və milli əqidəyə uyğun olaraq addımlamaqla mümkündür.

Gənclərlə görüşün davamı "Sabirabad Gənclər Evi"nin daxilində yeni yaradılmış Bookcafedə, çay süfrəsi arxasında keçirilib. Ramin Məmmədov növbəti görüşdə Bookcafeyə kitab hədiyyəsi sözü verib. Görüşün sonunda Gənclər Evi tərəfindən Millət Vəkilinə xatirə hədiyyəsi təqdim olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media