logo
"Cümhuriyyət bayrağı" kitabının təqdimatı olub

"Cümhuriyyət bayrağı" kitabının təqdimatı olub

"Cümhuriyyət bayrağı" kitabının təqdimatı olub "Cümhuriyyət bayrağı" kitabının təqdimatı olub

Bu gün "Çapar yayınları"nın və "Çapar" tarix dərgisinin Baş redaktoru Dilqəm Əhmədin Azərbaycan Cümhuriyyətinin 105 illiyinə həsr olunmuş "Cümhuriyyət bayrağı" kitabının təqdimatı olub.

Xatırladaq ki, kitab Azərbaycan Cümhuriyyəti dövründən bu günə kimi üçrəngli Azərbaycan bayrağının keçdiyi keşməkeşli yolun ideoloji və xronoloji təsvirindən ibarətdir. Həmçinin kitabda Azərbaycan bayrağının tarixi ilə bağlı orijinal foto və sənədlər də toplanılıb.

Kitabın redaktoru Sahil Sərxanlı, dizayneri Xəyal Danyaldır.

Libraff kitab mağazasında təqdim olunan kitab Nar mobil operatorunun dəstəyi ilə nəşr olunub. Təqdimat mərasimində naşir Yusif İlhamoğlunun açılış sözlərindən sonra Dilqəm Əhməd bayrağın tarixi və kitabın ərsəyə gəlməsi ilə bağlı məlumat verib. BDU Jurnalistika fakültəsinin dosenti, müəllifin universitet dövründən müəllimi Qərənfil Quliyeva, BDU Jurnalistika fakültəsinin məzunu Dilqəm Əhmədin araşdırmaları mövzusunda diplom işinin müəllifi Mehin Vəliyeva, AMEA Şərqşünaslıq İnstitutunun professoru Solmaz Rüstəmova Tohidi, "Füyuzat" jurnalının Baş redaktoru Mübariz Yunus, tarixçi Əkbər Nəcəf, tarix üzrə fəlsəfə doktoru Orxan Vəli çıxış ediblər.

Çıxışlardan sonra kitabın imzalanma mərasimi baş tutub, müəlliflə xatirə şəkilləri çəkilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media