logo
Yahya Babanlı

Yahya Babanlı

Yahya Babanlı Yahya Babanlı

“Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

Zənnimizcə, parlaq tarixi zəfərə bir vətəndaş, xalq olaraq sahib çıxmalı, bunun qürurunu yaşamalı və gələcək nəsillərə ötürməliyik.

Buna doğru-düzgü qiymət verməsək, məmnuniyyət hissi ilə yaşayıb-yaşatmasaq tarix bizi yenidən sınayar və qınayar.

Unutmayaq ki, ən müasir Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyündə 4 mühüm faktor özünü göstərdi:

1. Dövlət idarəçiliyində etibarlı siyasi tandem, müdrik sələf və layiqli xələf amili;

2. Milli ideoloji işlər, Ordu quruculuğu və strateji müttəfiqliyə uzaqgörən yanaşma amili;

3. Ali Baş Komandana inam, rəhbər ilə xalqın vəhdəti, dövlət və cəmiyyətin birliyi, dünya azərbaycanlılarının həmrəyliyi amili;

4. Təbii ki, tarixi şəraitin doğru-düzgün dəyərləndirilməsi amili;

O cümlədən, Zəfərə gedən Yolu inşa edən - “Qarabağ Azərbaycandır!” reallığını yazan dəyanətli Analar-Atalar, rəşadətli oğullar-qızlar bu xalqın qızıl genefondudur.

Qoy, bizə yeni Zəfər Yonu çəkmək və getmək nəsib olsun

Qalibiyyət diqqət və qayğı tələb edir!

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media