https://innews.media/uploads/news/2023-11/_innews_c2a7981197c09a7c5e2578ebc_o.jpg
Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində 8 noyabr – Zəfər günü və 9 noyabr – Dövlət Bayrağı günü təntənəli şəkildə qeyd olunub. “Bayrağımız Qarabağda” başlıqlı tədbirdə şəhid ailələri və qazilər, Vətən müharibəsi iştirakçıları, ziyalılar və məktəbin pedaqoji kollektivi iştirak edib. Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarının əziz xatirəsi yad edilib.
Rəsmi hissədə çıxış edən məktəbin direktoru Xəyal Nağıyev tədbirdə iştirakına görə qonaqlara minnətdarlığını bildirib. O, çıxışında belə tədbirlərin gənclərdə vətənpərvərlik hisslərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb, torpaqlarımızın şanlı ordumuzun şücaəti sayəsində Ermənistan işğalından azad olunmasından və bundan sonra da şanlı qələbəmizlə bağlı daha genişmiqyaslı tədbirlərin keçirilməsinin önəmindən danışıb. Direktor, - "Azərbaycan vətəndaşları dünyanın ən xoşbəxt insanlarıdır ki, bu tarixi günü - Zəfər Gününü yaşayırlar. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbəyə imza atdıq, dünya Azərbaycan xalqının və dövlətinin gücünə bələd oldu. Bu qələbə xalqımızın qəhrəman oğullarının sayəsində əldə edildi. Allahdan Şəhidlərimizə rəhmət diləyir, qazilərimizə can sağlığı, şəfalar arzu edirik." - deyə vurğulayıb.
Tədbir məktəbin müəllim və şagirdlərinin ifasında vətənpərvər musiqi nömrələrindən ibarət konsert proqramı ilə davam etdirilib, həmçinin, bir qrup müəllim və şagirdlər Fəxri Fərmanla təltif olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin