https://innews.media/uploads/news/2023-11/_innews_d6025e7666f05dee266407797_o.jpg
“Azərbaycan dilində səlis danışmaqla dilimizi təbliğ etmək lazımdır. Azərbaycan dilinə dövlət gerbi və himni kimi münasibət olmalıdır”.
Bunu Azərbaycan Televiziyasının “1az TV” verilişinin qonağı müğənni Elnarə Xəlilova bildirib.
Müğənni Azərbaycan dilinə və musiqisə sahıb çımağa çağırış edib: “Bəstəkarların bəstələri onların əqli mülkiyyətdir. Müəllif hüquqları qanunla qorunur. Bizim də boynumuzun borcudur ki, xalq mahnılarına və Azərbaycanın klassik bəstəkarların musiqilərini dəyişmədən ifa edək.
Bədxah qonşularımız musiqilərimizi oğruyur. Ona görə də, biz dilimizə və musiqimizə sahib çıxmalıyıq.
Mən çox istəyirəm ki, yaşca və statusca böyüklərimiz, Xalq artistlərimiz və Azərbaycan Milli Konservatoriyasında dərs deyən müəllimlərimiz danışsınlar. Bu məsələləri qaldırmaq lazımdır”.
Ən son xəbərləri səhifəmizdən də izləyin