logo
Energetika naziri Sabirabadda vətəndaşları qəbul edəcək

Energetika naziri Sabirabadda vətəndaşları qəbul edəcək

Energetika naziri Sabirabadda vətəndaşları qəbul edəcək Energetika naziri Sabirabadda vətəndaşları qəbul edəcək

Energetika naziri Pərviz Şahbazov noyabrın 24-də Sabirabad, Şirvan, Hacıqabul, Saatlı və İmişli rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan başlayaraq Sabirabad şəhərində (ünvan: H.Əliyev pr. 95a) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi,  598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs Ceyhun Rzayev, əlaqə telefonu: (050) 225-34-86, elektron poçt ünvanı: office.shirvan@regulator.gov.az) və İmişli filialı (əlaqələndirici şəxs İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: office.imishli@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media