logo
Tələbələr psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə məlumatlandırılıblar

Tələbələr psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə məlumatlandırılıblar

Tələbələr psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə məlumatlandırılıblar Tələbələr psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə məlumatlandırılıblar

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Azərbaycan Dillər Universiteti ilə əməkdaşlıq çərçivəsində “Biz xöşbəxt gələcəyi seçirik” mövzusunda tələbələrlə görüş keçirilib.

Tədbirdə Azərbaycan Dillər Universitetinin tərcümə fakultəsinin dekanı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun sektor müdiri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Gənclər Fondunun nümayəndəsi çıxış edərək narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, hüquq-mühafizə orqanlarının apardıqları əməliyyat-axtarış tədbirlərinin səmərəliliyindən, 802 - qaynar xəttin fəaliyyət istiqaməti barədə geniş məlumat verilib.

Tələbələri maraqlandıran suallar ətrafında geniş diskussiya aparılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media