logo
Audiovizual Şuranın sədri İsmət Səttarov BDU-nun tələbə jurnalistlərinə ustad dərsi keçib

Audiovizual Şuranın sədri İsmət Səttarov BDU-nun tələbə jurnalistlərinə ustad dərsi keçib

Audiovizual Şuranın sədri İsmət Səttarov BDU-nun tələbə jurnalistlərinə ustad dərsi keçib Audiovizual Şuranın sədri İsmət Səttarov BDU-nun tələbə jurnalistlərinə ustad dərsi keçib

Audiovizual Şuranın sədri İsmət Səttarov  Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb. "Televiziya: tarixi və auditoriya aspektindən baxış" mövzusuna həsr olunan görüşü giriş sözü ilə fakültənin dekanı Vüqar Zifəroğlu açıb. Fakültə dekanı tənzimləyici dövlət qurumu ilə Jurnalistika ixtisası üzrə təhsil alan gənclərin sıx kommunikasiyasının zəruriliyindən danışıb.

Şura sədri İsmət Səttarov televiziyanın yaranması, ilk reklamın yayımlanması, televiziya auditoriyasının ölçülmə sistemi və onun teleyayımın inkişafındakı rolu barədə ətraflı məlumat verib. Keçmiş SSRI və ABŞ-da yayımlanan ilk reklamların nümayişi, həmin ölkələrin televiziyalarının müqayisəli təhlili tələbələrin marağına səbəb olub.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu üzrə fikir mübadiləsi aparılıb.

Görüş BDU, Audiovizual Şura və Medianın İnkişafı Agentliyi arasında imzalanmış anlaşma memorandumu çərçivəsində baş tutub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media