https://innews.media/uploads/news/2023-11/_innews_dc9f27e9f624b0d1000ebfd85_o.jpg
“Qarabağda baş verənlərə görə, birinci günahkar Paşinyandır, ikinci günahkar Ermənistan xalqıdır. Onlar Qarabağ məsələsində ədalət yolunda addımlamaq istəmədilər, Qarabağda etnik təmizləmə apardılar”.
Bunu AZTV-nin “Əsas məsələ” verlişinə açıqlamasında Siyasi Tədqiqatlar İnstitutunun direktoru, rusiyalı politoloq Sergey Markov Ermənistan Baş naziri Nikol Paşinyanın “WSJ”ya müsahibəsində Rusiya əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Azərbaycan Qarabağda etnik təmizləmə aparmayıb, hətta ermənilər ordan gedərkən onlar hətta şirniyyatla təmin olunub: “Amma birinci Qarabağ müharibəsində milyona yaxın azərbaycanlı ordan məcburi köçkün düşüb. İndi də Paşinyan ikinci Qarabağ müharibəsindəki məğlubiyyəti Rusiyanın üzərinə atmaq istəyir. Ermənistan xalqının mənfi enerjisindən Rusiyaya qarşı istifadə edir. Və Ermənistanı Fransa ilə Amerikanın qucağına atmaq istəyir”.