https://innews.media/uploads/news/2023-10/_innews_348fef20b2e45582c331e9fea_o.jpg
Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyevin iştirakı ilə mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin məsul işçiləri, müəssisə rəhbərləri iştirak edib.
Müşavirədə bildirilib ki, mədəniyyət sahəsində çalışanların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ixtisaslı, bacarıqlı, təcrübəli mütəxəssislərin mədəniyyət sahəsində fəaliyyətə cəlb edilməsinin diqqətdə saxlanılması, uşaq incəsənət, musiqi, rəssamlıq, aşıq, muğam məktəb və mərkəzlərində tədrisin keyfiyyətinin artırılması, istedadlı uşaq və gənclərlə işin səmərəli təşkili və digər məsələlərlə bağlı xüsusi tapşırıqlar verilib.
Bununla yanaşı, mədəniyyət müəssisələrinin fəaliyyətində nöqsanların və sair neqativ halların vaxtında aşkar edilməsi və aradan qaldırılması istiqamətində işin gücləndirilməsi tələb edilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin