https://innews.media/uploads/news/2023-10/_innews_87c14d7dec03038bae0b4013d_o.jpg
“Təhsil” Respublika İdman Mərkəzi PHŞ-in 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq -Gənclər İdman- Şahmat Məktəbinin təşkilatçılığı ilə 24-29 oktyabr 2023-cü il tarixində “8 Noyabr Zəfər Günü"nə həsr olunmuş 16 yaşa dək uşaqlar arasında şahmat turniri keçirilib.
Turnirin açılışı olmuş, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışın keçirilməsinin əsas məqsədi 44 günlük vətən müharibəsində Ali Baş Komandan, Ölkə Başçımız İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan ordusunun qazandığı parlaq qələbəmiz Zəfər bayramımızın təntənəli qeyd olunması, ərazi bütövlüyümüzün təmin olunmasında, torpaqlarımızın işğaldan azadlığı uğrunda şəhid olan qəhrəman zabit, əsgər, hərbçilərimizin xatirələrinin yad olunması, uşaqların, yeniyetmələrin, gənclərin vətənpərvər ruhda böyümələri məqsədi daşıyır.
Turnir məktəbin Nəsimi rayonunda yerləşən əsas binası eyni zamanda Binəqədi rayonunda yerləşən 244 nömrəli məktəbdə keçirilib.
3 qrupda İsveçrə sistemi üzrə 9 turdan ibarət kecirilən turnirdə ümumilikdə 160 nəfər şahmatçı iştirak edib.
Yarışda 1-2-3 yerləri tutan şahmatçılar eyni zamanda nəticələri ilə fərqlənən şahmatçılar diplom, medal,kubok və xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin