https://innews.media/uploads/news/2023-11/_innews_e6f69aa44035651e55b3f2a22_o.jpg
Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel “Central Asia and South Caucasus Freedom of Expression Network” QHT-nin təşkil etdiyi və Azərbaycan xalqının ümumilli liderinin 100-illiyinə həsr olunmuş “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı konfransda çıxış edib.
Çıxışında A.Bayel Qazaxıstanı və Azərbaycanı Türk birliyinin lokomotivləri adlandırıb, ikitərəfli münasibətlərdə əldə olunan nailiyyətlərə diqqət çəkib. Konfrans çərçivəsində Qazaxıstan Səfiri uşaqlar arasında rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində də iştirak edib.