https://innews.media/uploads/news/2023-10/_innews_6078892a392810d0e1189a6cf_o.jpg
Müasir dövrümüzdə bir sıra ixtisaslar var ki, onlar cəmiyyətdə çox böyük önəm kəsb edir. Belə ixtisaslardan biri də jurnalistikadır. Jurnalistika cəmiyyətin görən gözü, haqq və ədalətdir.
Elə haqq, ədalət olduğu üçün bu ixtisasa abuturiyentlər tərəfindən daha çox maraq göstərilir.
Lakin jurnalistika ixtisasında təhsil almaq istəyən abuturiyentlərimiz ilk olaraq Dim-in keçirdiyi xüsusi qabiliyyət imtahanında iştirak edərək məqbul qiymət almalıdırlar.
Sözügedən qabiliyyət imtahanı ixtisas seçimlərindən öncə keçirilir. Şagirdlər bu imtahanda onlara təqdim edilən mövzulardan birini seçərək həmin mövzuya uyğun esse (inşa) yazırlar və bu imtahanda məqbul qiymət alan şəxslər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslara yanaşı jurnalistika ixtisasını da seçmək hüququ əldə edirlər.
İmtahanın keçirilməsində əsas məqsəd isə şagirdlərin bu ixtisasa uyğun istedadlarının olub-olmadığını öyrənməkdir.
Doğrudur, jurnalistika bacarıq və qabiliyyət tələb edir, ancaq ola bilərmi ki, sözügedən qabiliyyət imtahanı jurnalistika ixtisasına böyük həvəsi olan, lakin istedadı hələ üzə çıxmayan abuturiyentlərin önündə böyük maneədir?
Çünki bir müəllim öz işi ilə məşqul olduqca onun nə dərəcədə istedadlı olduğu, bilik və bacarıqlarının hansı səviyyədə olması bilinir və yaxud bir həkim öz xəstəsinin üzərində əməliyyat keçirməsə özünü praktiki cəhətdən inkişaf etdirə bilərmi? Əlbəttə ki xeyr.
Eyniylə də bir Jurnalist xəbərləri əldə edərək onları təhlil edir daha sonra onları efirə verir. Bu işlə daimi məşqul olduqda isə o, özünün peşəkarlığını ortaya çıxardır. Ola bilər ki, həmin o peşəkar jurnalist vaxtı ilə esse (inşa) yazmağı bacarmayıb..
Bizim məqsədimiz Dövlət İmtahan Mərkəzinə qarşı etiraz aksiyası keçirmək deyil. Biz sadəcə bəzi məsələlərə yenidən baxılmasının tərəfdarıyıq.
Maarif Məmmədli, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi
Ən son xəbərləri səhifəmizdən də izləyin