logo
Bu gün Xalq şairi Məmməd Arazın 90 illik yubileyidir

Bu gün Xalq şairi Məmməd Arazın 90 illik yubileyidir

Bu gün Xalq şairi Məmməd Arazın 90 illik yubileyidir Bu gün Xalq şairi Məmməd Arazın 90 illik yubileyidir

14 oktyabr Xalq şairi​ Məmməd Arazın 90 illik yubileyidir.

Məmməd Araz Azərbaycan ədəbiyyatında zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri olan şairdir. O,​ vətəndaş qeyrətli ədəbiyyat nəhəngi olmaqla bərabər, həm də istiqlal şairidir. İnsanları daim vətən, yurd, bəşəriyyət, kamillik uğrunda mübarizəyə səsləyib.

"Vətən mənə oğul desə, nə dərdim!" deyən şair Vətənin oğulu olmağı bacardı. O, Azərbaycan poeziyasının zirvəsini fəth etdi.

​ Vətənpərvər, ustad şairi 90-cı doğum günündə hörmətlə anırıq!​

Məmməd İnfil oğlu İbrahimov - Məmməd Araz (14 oktyabr 1933, Naxçıvan MR, Şahbuz r-nu, Nursu kəndi – 1 dekabr 2004, Bakı) —​ şair, tərcüməçi, publisist, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1957), Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1988), Azərbaycan Respublikasının Xalq şairi (1991).

Məmməd İbrahimov Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb. Tələbəlik illərində Pedaqoji Universitetdə yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi Ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlamış, sonra Bakıya köçmüşdür. O, Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarında təhsil alıb. "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini işləyib.

Xalq şairi 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru vəzifəsində çalışıb. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik etmiş, xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medal və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilib.

1992-ci ildə Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülüb. 1993-cü ildən şairin adına "Məmməd Araz" mükafatı təsis olunub.

Məmməd Arazın adının əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti iki​ Sərəncam imzalayıb. Bakının mərkəzi küçələrindən birinə Məmməd Arazın adı verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 sentyabr 2013-cü il Sərəncamı əsasında Məmməd Arazın 80 illik yubileyi yüksək səviyyədə keçirilib.

Məmməd Arazın mükafatları:

•​ Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı — 1975;

•​ "Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi" fəxri adı — 30 iyul 1979;

•​ Azərbaycan SSR Fəxri fərmanı — 1982;

•​ "Azərbaycan SSR Əməkdar incəsənət xadimi" fəxri adı — 1984;

•​ Azərbaycan SSR Dövlət mükafatı — 1988 ("Azərbaycan" və "Ulduz" jurnallarında çap olunmuş şeirlər silsiləsinə görə);

•​ "Azərbaycan Respublikasının Xalq şairi" fəxri adı — 7 dekabr 1991;

•​ "Azərbaycan Respublikasının Əməkdar təbiəti mühafizə işçisi" fəxri adı — 4 iyun 1992;

•​ "İstiqlal" ordeni — 15 aprel 1995.

ADPU-nun ETM-in elmi işçisi, Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının müəllimi Aynurə Əliyeva

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media