logo
Tovuzda müəllim və şagird kollektivinin Yol hərəkəti qaydaları mövzusunda konfrans keçirilib

Tovuzda müəllim və şagird kollektivinin Yol hərəkəti qaydaları mövzusunda konfrans keçirilib

Tovuzda müəllim və şagird kollektivinin Yol hərəkəti qaydaları mövzusunda konfrans keçirilib Tovuzda müəllim və şagird kollektivinin Yol hərəkəti qaydaları mövzusunda konfrans keçirilib

12 oktyabr tarixində Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində müəllim və şagird kollektivinin Yol hərəkəti qaydaları mövzusunda maarifləndirilməsi istiqamətində elmi-praktik konfrans keçirilib.

Tovuz RPŞ-nin DYP bölməsinin YPX inspektorlarının iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xəyal Nağıyev xüsusilə hər gün dərsə gələn şagirdlərin Yol hərəkəti qaydalarını bilməli olduğunun vacibliyindən danışıb, tədbirdə iştirakına görə Yol Polisi əməkdaşlarına təşəkkür edib.

Diskussiya formatında davam edən tədbirdə Tovuz RPŞ-nin DYP bölməsinin YPX baş inspektoru Anar Rəhimov, inspektorlar – polis baş serjantı Bəşir Əsgərov, polis serjantı Qədim Qurbanov müəllim və şagirdləri maraqlandıran sualları cavablandırıb.

Tədbirdə çıxış edənlər bu tip tədbirlərin mahiyyətindən bəhs edib, davamlı olmasını arzulayıblar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media