logo
Danimarkalı coğrafiyaçılar ADPU-nun Quba filialında olublar

Danimarkalı coğrafiyaçılar ADPU-nun Quba filialında olublar

Danimarkalı coğrafiyaçılar ADPU-nun Quba filialında olublar Danimarkalı coğrafiyaçılar ADPU-nun Quba filialında olublar

Oktyabrın 6-da Danimarkanın Kopenhagen Universitet Kollecinin coğrafiya üzrə mütəxəssisləri AzərbaycanDövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında olublar.

Qonaqlar ADPU-nun Quba filialının direktoru f.e.d. Yusif Alıyev və ADPU-nun Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrasının müdiri dosent Oqtay Alxasovla birlikdə filialla tanış olmuş, “Tarix və coğrafiya müəllimliyi” və “Coğrafiya müəllimliyi” ixtisasının tələbələrini dərs prosesində izləmişlər.

Filialla tanışlıqdan sonra qonaqlar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Qeyd edək ki, Pedaqoji Universitetlə Kopenhagen Universitet Kolleci arasında Erasmus+ mübadilə proqramı çərçivəsində akademik heyət və tələbə mübadiləsi həyata keçirilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media