logo
Tovuzda 5 oktyabr - Beynəlxalq Müəllimlər gününə həsr olunmuş "Müqəddəs peşə" başlıqlı dəyirmi masa keçirilib

Tovuzda 5 oktyabr - Beynəlxalq Müəllimlər gününə həsr olunmuş "Müqəddəs peşə" başlıqlı dəyirmi masa keçirilib

Tovuzda 5 oktyabr - Beynəlxalq Müəllimlər gününə həsr olunmuş "Müqəddəs peşə" başlıqlı dəyirmi masa keçirilib Tovuzda 5 oktyabr - Beynəlxalq Müəllimlər gününə həsr olunmuş "Müqəddəs peşə" başlıqlı dəyirmi masa keçirilib

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində 5 oktyabr – Beynəlxalq Müəllimlər gününə həsr olunmuş "Müqəddəs peşə" başlıqlı dəyirmi masa keçirilib. İlk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi anılıb.

Giriş sözü ilə çıxış edən məktəbin direktoru Xəyal Nağıyev bu günün təsis olunması tarixi barədə məlumat verib, pedaqoji kollektivi peşə bayramı münasibətilə təbrik edib, cari tədris ilində müəllim və şagirdlərə uğurlar diləyib. Məktəbin müəllimləri çıxış edərək, mədəniyyət və təhsil sahəsində aparılan islahatlardan, dövlətin müəllimlərə olan diqqət və qayğısından geniş danışıblar.

Tədbirdə həmçinin, məktəbin qarmon müəllimi Gülşən Rüstəmova Fəxri Fərmanla təltif edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media