https://innews.media/uploads/news/2023-10/_innews_d227c069d7d8ac9a4c4420ef2_o.jpg
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Mediasiya Şurası arasında səmərəli tərəfdaşlığın nəticəsi olaraq bu gün Memarlıq və İnşaat Universitetinin tələbləri ilə görüş keçirilib
Görüşdə Memarlıq və İnşaat Universitetinin Sosial Məsələlər və İctimaiyyətlə Əlaqələr üzrə prorektor Orxan Naqdıyev çıxış edərək ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb, Mediasiya Şurası və Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüşdə Mediasiya Şurasını Bakı 9 saylı mediasiya təşkilatı təmsil edib. Bakı 9 saylı mediasiya təşkilatının rəhbəri Leyla Nəsibova və təşkilatın təlimçi-mediatoru Mehriban Zeynalova tələblərlə Mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib və günümüzdə Mediasiyanın rolu və əhəmiyyəti müzakirə olunub, tələbələrlə müxtəlif kazuslar müzakirə edilib və tələbələri maraqlandıran sualları cavablandırıblar.
Ən son xəbərləri səhifəmizdən də izləyin