logo
ADMİU nəzdində Humanitar Kollecdə Anım gününə həsr olunmuş tədbir keçirilib

ADMİU nəzdində Humanitar Kollecdə Anım gününə həsr olunmuş tədbir keçirilib

ADMİU nəzdində Humanitar Kollecdə Anım gününə həsr olunmuş tədbir keçirilib ADMİU nəzdində Humanitar Kollecdə Anım gününə həsr olunmuş tədbir keçirilib

27 sentyabr 2023-cü il tarixində ADMİU nəzdində Humanitar Kollecdə Anım gününə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2 dekabr 2020-ci il tarixində Vətən müharibəsinin başladığı günü "Anım Günü" kimi qeyd etmək barədə Sərəncam imzalamışdır. Anım günü ll Qarabağ müharibəsində qəhrəmancasına döyüşmüş, vətənimizin ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş, milli qürurumuzu qanları bahasına geri qazanmış əsgər və zabitlərimizə dərin ehtiramın ifadəsidir.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində 8 noyabrın 2020-ci il tarixində rəşadətli Azərbaycan Ordusu əzəli və əbədi torpaqlarımızı işğaldan azad etdi. 

19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən keçirilən"antiterror əməliyyatı" nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.

Anım günündə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutu ilə yad etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni kollecin xor kollektivinin ifasında səsləndirilib. 

Sonra kollecin 6şəhidinin görüntüllərindən hazırlanmış videoçarx nümayiş etdirilib.

II kurs tələbəsi Zaur Əzimli "Gəl ağlama " (mus.: Oqtay Rəcəbov, söz: Ramiz Rövşən) mahnısını ifa edib.

Bədii yaradıcılıq ixtisası tələbələrinin iştirakı ilə Samir Qulamovun "Bir nəfəs qədər" əsərindən bir hissə tamaşaya qoyulub.

Tədbirdə kollecimizin şəhid olmuş tələbələrinin ailə üzvləri iştirak ediblər.

Kollecin Tədris işləri direktor müavini Kamran Məsimov və Talıb Zülfiyev çıxış edərək qeyd ediblər ki: "Bizim oğullarımız 44 gündə elə bir zəfər tarixi yazdılar ki, xalqımızın qüdrətini bir daha sübut etdilər. Biz də kollec olaraq bütün şəhidlərimizin xatirəsini hər zaman olduğu kimi bu gündə hörmətlə anırıq". 

Allah şəhidlərimizə rəhmət eləsin!

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media