logo
Azərbaycanın bütün addımları legitimdir, hüquqidir və ədalətlidir

Azərbaycanın bütün addımları legitimdir, hüquqidir və ədalətlidir

Azərbaycanın bütün addımları legitimdir, hüquqidir və ədalətlidir Azərbaycanın bütün addımları legitimdir, hüquqidir və ədalətlidir

Azərbaycan bütün addımlara görə həm məsuliyyət daşıyır, həm qürur hissi keçirir. Antiterror tədbirləri yüksək peşəkarlıqla və dəqiqliklə aparıldı. Bu fikirləri Prezident cənab İlham Əliyev xalqa müraciətində deyib.

Dövlətimizin başçısı bildirib ki, “Laçın” sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Bir müddət bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri tərəfindən aşkarlanmış minalar Rusiya sülhməramlı kontingentinin və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin nümayəndələrinə göstərilmiş və onlardan ciddi tədbir görülməsi tələb edilmişdir. Bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır. Bu, bir daha onu göstərir ki, bu minalar İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün məqsədyönlü şəkildə gətirilmişdir.

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdır. Aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır. Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika yerləşdirilmişdir. Radioelektron mübarizə vasitələri yerləşdirilmişdir. İki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir.

 

Müəllif: Aydın İsmayılov

Göygöl RİHB Aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin