logo
Rus Evində "Emosional portret" fotosərgisi açıldı

Rus Evində "Emosional portret" fotosərgisi açıldı

Rus Evində "Emosional portret" fotosərgisi açıldı Rus Evində "Emosional portret" fotosərgisi açıldı

Sentyabrın 20-də Rus Evində “Emosional portret” fotosərgisi açıldı.

Sərgidə məşhur fotoqraflar Vsevovolod Tsurikov, Soul, Vaqif Muğallı, Coşqun Süleymanov və Rüstəm Hüseynovun 20 işi nümayiş olunub. Tədbir Rus evin foto klubu layihəsi çərçivəsində keçirilib.

Tədbiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Alena İnyakina aparıb.

Tədbirin qonaqlarını əsərlərin müəllifləri qarşılayıb, hər bir əsərin arxasındakı əhvalatdan danışıblar. Sərgidə nümayiş etdirilən bütün fotoşəkillərin kadr arxasında öz maraqlı hekayəsi var. Sərgidə iştirak edən fotoqrafların hər birinin özünəməxsus üslubu və fotoportretlərin yaradılmasına yanaşması var ki, bunun sayəsində sərgi parlaq, qeyri-adi, yaddaqalan və tamaşaçılar üçün təsir edici oldu.

Sərgiyə diplomatik korpusun nümayəndələri, yaradıcılıq icmalarının üzvləri, görkəmli rəssamlar, eləcə də həmvətənlər cəmiyyətləri baxıblar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media