https://innews.media/uploads/news/2022-06/_innews_7e4dc74ef9d829223793e7098_o.jpg
Formula 1 üzrə Azərbaycan Qran-prisində bu gün sonuncu - üçüncü sərbəst yürüş başa çatıb.
1 saat davam edən son məşqdə yenə ən yaxşı nəticəni Serxio Peres göstərib.
“Red Bull” komandasının pilotu dövrəni 1 dəqiqə 43,170 saniyəlik göstərici ilə başa vurub. Onu dünənki ikinci sərbəst yürüşün qalibi Şarl Lekler (“Ferrari”) və “Red Bull”un digər pilotu Maks Ferstappen izləyib.
Qeyd edək ki, saat 18:00-da pilotlar sıralama turuna çıxacaqlar.