https://innews.media/uploads/news/2023-09/_innews_d78c6961ed5b6e2b418bb4126_o.jpg
Ölkədə fəaliyyət göstərən informasiya saytlarında Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlunun Laçında ağır yol-nəqliyyat hadisəsi nəticəsində həlak olduğu və onların “AzərEnerji” ASC-nin əməkdaşı olmaları barədə məlumatlar yayılıb.
“AzərEnerji” ASC-dən innews.media bildirilib ki, hadisə nəticəsində həlak olanlar “Azərenerji” ASC-nin deyil, ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.
“AzərEnerji” ASC həlak olanların yaxınlarına dərin hüzünlə başsağlığı verir.