logo
Hərbi prokuror: İtkin tutmuş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi dövlətimizin başçısının daim diqqətindədir

Hərbi prokuror: İtkin tutmuş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi dövlətimizin başçısının daim diqqətindədir

Hərbi prokuror: İtkin tutmuş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi dövlətimizin başçısının daim diqqətindədir Hərbi prokuror: İtkin tutmuş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi dövlətimizin başçısının daim diqqətindədir

Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistan Azərbaycana qarşı qeyri-hüquqi ərazi iddiaları qaldırıb, bu məqsədə nail olmaq üçün Birləşmiş Millətlər Təşkilatı və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən qəbul olunmuş ümumbəşəri dəyərləri özündə ehtiva edən humanitar hüququn norma və prinsiplərini kobud surətdə pozub. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsir düşmüş hərbi qulluqçularına və beynəlxalq humanitar hüquqla müdafiə olunan döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən girov götürülmüş mülki şəxslərə qarşı olduqca qəddar və qeyri-insani rəftar edib, ağır işgəncələrə məruz qoyub, on minlərlə azərbaycanlının həyat və sağlamlığına qəsd edib, həmçinin 3890 nəfərin taleyi barədə bu günədək heç bir məlumat verməyib.

AZƏRTAC xəbər verir ki, bunu hərbi prokuror Xanlar Vəliyev "İtkin düşmüş şəxslərlə bağlı mövcud beynəlxalq çərçivə və silahlı münaqişə tərəfləri olan dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi vasitələri" mövzusunda panel iclasında bildirib.

Qeyd edib ki, Vətən müharibəsinin nəticəsi olaraq zəbt olunmuş ərazilərimiz işğaldan azad edildikdən sonra itkin tutmuş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub, onun bilavasitə tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin meyit qalıqlarının axtarışı prosesi daha intensiv xarakter alıb. “Bununla əlaqədar itkin düşmüş şəxslərin meyit qalıqlarının axtarışı istiqamətində zəruri addımlar atılıb, o cümlədən işğaldan azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlarla bağlı Baş Prokurorluq tərəfindən soyqırımı, deportasiya, əsirlərə və girov götürülmüş şəxslərə işgəncəvermə, qəsdən adamöldürmə və sair maddələrlə çoxsaylı cinayət işi açılıb”, - deyə hərbi prokuror vurğulayıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media